Goldman Sachs: Çinin daşınmaz əmlak bazarında uzunmüddətli tənəzzül gözlənilir

16:54 - 17.06.2025


17 iyun, Fineko/abc.az. Çində yeni mənzillərə tələbatın yaxın bir neçə il ərzində 2017-ci ilin pik dəyərindən xeyli aşağı qalması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg Goldman Sachs analitiklərinin proqnozlarına istinadən yazır.

Ekspertlər hesab edirlər ki, dünyanın ikinci ən iri iqtisadiyyatı 2021-ci ildə başlayan daşınmaz əmlak bazarında uzunmüddətli tənəzzüllə üzləşəcək.

Goldman Sachs məlumatlarına görə, yeni evlərə tələbatın ildə 5 milyon ədəddən az olacağı gözlənilir ki, bu da 2017-ci ilin pik göstəricisindən 20 milyon ədəd aşağıdır.