Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 mlrd. kubmetrdən çox təbii qaz ötürülüb

10:36 - 18.06.2025


18 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 17 milyard 129,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 1,3 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  ABC.AZ-a verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 54,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,1 faiz azalaraq 9 milyard 272,3 milyon kubmetr təşkil edib.