14:15 - 18.06.2025
18 iyun, Fineko/abc.az. Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq.
ABC.AZ xəbər verir ki, bununla bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişlik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
7 İyul 2025
7 İyul 2025