16:06 - 18.06.2025
18 iyun, Fineko/abc.az. Süni intellektin imkanlarından istifadə Azərbaycanın sığorta şirkətləri üçün əməliyyat xərclərinin 30-60%, vaxt itkisinin isə 2 dəfə azalmasına gətirib çıxarıb.
Bunu ABC.AZ-ın sorğusuna cavabında Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
ASA-dan qeyd edilib ki, süni intellekt proseslərin 30-40% optimallaşmasına, resurslardan qənaetlə istifadəyə, fəaliyyət çevikliyinin isə 2 dəfə sürətlənməsinə səbəb olub.
"Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri növbəti mərhələdə sənədləşmələrin avtomatlaşdırılması, müştəri sorğularının ilkin emalı və təlim-tədris materiallarının hazırlanması, sənədlərin sistemə avtomatik inteqrasiyası, zərər qiymətləndirməsi, risklərin təhlili və fərdi təkliflərin hazırlanması, canlı operatorların iş yükünü azaldaraq müştərilərə fasiləsiz dəstəyin təmin edilməsi üçün 7/24 müştəri xidməti, kodlaşdırma alətləri, fərdiləşdirilmiş məhsul tövsiyələri, proqnozlaşdırıcı analitika modelləri, dələduzluq hallarının aşkarlanması, satış optimizasiyası və s. proseslərdə də süni intellektin imkanlarından yararlanmağı planlaşdırır", - deyə ASA-dan vurğulanıb.
Müəllif: Elmir Murad
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025