Bu ilin I rübündə Azərbaycana xaricdən nə qədər pul köçürülüb?

12:12 - 19.06.2025


19 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycana xaricdən 229,5 milyon ABŞ dolları pul köçürülüb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda keçiriımiş brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (85,6 milyon ABŞ dolları), Türkiyə (39,6 milyon ABŞ dolları), ABŞ (23,3 milyon ABŞ dolları), Böyük Britaniyadan (8,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (7,8 milyon ABŞ dolları) daxil olub.