12:24 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
ABC.AZ xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrdən sonar aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26900 ədəd 100 ml-lik (suspenziya) və 20400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.
9 İyul 2025
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025