14:01 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.
ABC.AZ xəbər verir ki, seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə ediləcək.
Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilməkdikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər.
7 İyul 2025
7 İyul 2025