“Mərkəzi Nəbatat Bağı”nda 1 illik texniki servis üçün 6 milyon manat xərclənəcək

16:02 - 19.06.2025


19 iyun, Fineko/abc.az. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs “İticket Production” MMC ilə təxminən 6 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə turniketlərin quraşdırılması və 1 il ərzində texniki servisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 5 684 414 AZN təşkil edir.