Beş ayda Azərbaycana 19 min 935 ton ət idxal edilib

16:15 - 19.06.2025


19 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.