Qızıl ucuzlaşmağa davam edir

11:19 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Qızılın dəyəri cümə günü səhər təxminən 1,5% azalır.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.

Saat 10.26-ya (Bakı vaxtı ilə) olan vəziyyətə görə, Nyu-York Comex birjasında qızılın avqust fyuçersi əvvəlki bağlanışa nisbətən $47,58 və ya 1,4% - troya unsiyası başına $3,360,52-a enir. Gümüşün iyul fyuçersləri 2,05% - unsiya başına $35,608-a qədər ucuzlaşır.

Ümumiyyətlə, bütün həftə qızıl üçün mənfi bir şəkildə gedir. Belə ki, həftənin əvvəlindən etibarən qızıl 4%-dən çox ucuzlaşır, bu zaman isə dünya investorları maliyyə tənzimləyicilərinin iclaslarını izləyir və Yaxın Şərqdən gələn xəbərləri qiymətləndirirdilər.