Bağlanmış bankların əmlakları hərraca çıxarılır

11:47 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu iyulun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də "Atabank" ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə  ABC.AZ Fonda istinadla xəbər verir.

Qeyd olunur ki, hərraca “Texnika Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,9 kv.metrlik və "Atabank"a məxsus Yevlax şəhəri, Nizami prospektindəki dəyəri 400 min manat olan 320,65 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış binası çıxarılıacaq.