12:03 - 20.06.2025
20 iyun, Fineko/abc.az. Bakıda biznes mühiti çox əlverişlidir. Belə bir şəraitə heç də hər ölkədə rast gələ bilməzsən.
ABC.AZ xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla iş üzrə xüsusi nümayəndəsi Boris Titov ifadə edib.
Rusiya rəsmisi əlavə edib: “Bu gün Rusiyanın bütün şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm. Sentyabrın əvvəlində bütöv bir sahibkar qrupunu gətirəcəyik...Onlar görməli yerlərə baxmaq üçün Bakıya gəlmirlər. Biz investisiya tədbiri keçirəcəyik və müxtəlif sahələri təmsil edən sahibkarları səmimi şəkildə inandırmağa çalışacağıq ki, öz pullarını bu ölkəyə qoya bilərlər və bunu etməlidirlər”. (Azərtac)
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025