12:12 - 20.06.2025
20 iyun, Fineko/abc.az. “Qatar Airways” doqquzuncu dəfə Skytrax reytinqinin lideri olub və dünyanın ən yaxşı aviaşirkəti statusunu təsdiqləyib. O, həmçinin "ən yaxşı biznes sinfi", "Yaxın Şərqin ən yaxşı aviaşirkəti", "ən yaxşı biznes sinif salonu" və "Skytrax-a görə 5 ulduzlu aviaşirkət" titullarını qazanıb.
ABC.AZ xəbər verir ki, dünyanın ən yaxşı 10 aviaşirkətinə Qatar Airways, Singapore Airlines, Cathay Pacific, Emirates, ANA, Turkish Airlines, Korean Air, Air France, Japan Airlines və Hainan Airlines daxildir.
AirAsia 2010-cu ildən bəri dünyanın ən yaxşı büdcə aviaşirkəti adını qoruyub saxlayır. Scoot uzun məsafəli uçuşlarda, Avropada Eurowings, Şimali Amerikada Allegiant Air, cənubda JetSMART liderdir.
Lufthansa ən çox ailə aviaşirkəti, Plaza Premium isə ən yaxşı gözləmə salonu operatoru kimi seçilib. Cathay Pacific, göyərtədəki ən yaxşı əyləncə sistemi mükafatını qazanıb.
7 İyul 2025
7 İyul 2025