12:23 - 20.06.2025
20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 9 fiziki şəxsə və 1 hüquqi şəxsə (“Gatevay Management Azərbaycan” MMC) verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
ABC.AZ AMB-nin məlumatına istinadla xəbər verir ki, bu qərar iyunun 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
Qərara əsasən, 3 fiziki şəxsin lisenziyası könüllü müraciət əsasında, 4 fiziki və 1 hüquqi şəxsin lisenziyası onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı üçün, 2 fiziki şəxsin lisenziyası isə 12 ay ərzində onun qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.
7 İyul 2025
7 İyul 2025