“LUKOil Azərbaycan”ın rəhbərliyinə yeni təyinat

14:28 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Azərbaycanda neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərən “LUKOil Azərbaycan” şirkətində rəhbərlik dəyişib.

ABC.AZ xəbər verir ki, şirkətə altı ildir rəhbərlik edən Zaur Cəlilov vəzifəsindən ayrılıb.

Onu bu postda Rasim Əmiraslanov əvəzləyib.

Zaur Cəlilov 2019-cu ildən şirkətin direktoru təyin edilmişdi. O, “LUKOil Azərbaycan”dan öncə “LUKOIL Italia S.r.l. (Roma)” şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.

Buna qədər şirkətin direktoru vəzifəsində Eduard Muxametov Çulpanoviç, Şahin Əliyev Alcan oğlu və Aydar Abdullın rəhbərlik edib.