15:06 - 20.06.2025
20 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 9 milyard 55 milyon 999 min ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % çoxdur.
O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 21,5 % artaraq 7 milyard 838 milyon 195 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 16,8 % artaraq 1 milyard 217 milyon 804 min ABŞ dolları təşkil edib.
5 ay ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,2 %, idxalda payı isə 12,2 % təşkil edib.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025