Azərbaycanın 5 ayda ən çox ticarət dövriyyəsi Aİ-nin bu ölkələri ilə olub

15:16 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, Çexiya və İspaniya ilə formalaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 338 milyon 758 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyard 126 milyon 165 min ABŞ dolları, idxalın dəyəri isə 212 milyon 593 min ABŞ dolları təşkil edib.

Son 1 ildə ticarət dövriyyəsi 21,1 %, o cümlədən ixrac 21,2 %, idxal isə 17,6 % artıb.

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 680 milyon 441 min ABŞ dolları təşkil edib, o cümlədən ixracın dəyəri 292 milyon 645 min ABŞ dolları, idxalın dəyəri isə 387 milyon 795 min ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsi son 1 ildə 7,6 % artıb, o cümlədən ixrac 6 % azalıb, idxal isə 20,8 % artıb.