15:29 - 20.06.2025
20 İyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 357 milyon 770 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 334 milyon 256 min ABŞ dolları, idxalın dəyəri isə 23 milyon 514 min ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə ticarət dövriyyəsi 8,3% artıb, o cümlədən ixrac 9 % artıb, idxal isə 0,6 % azalıb.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 336 milyon 26 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 305 milyon 728 min ABŞ dolları, idxalın dəyəri isə 30 milyon 298 min ABŞ dolları təşkil edib.
Son 1 ildə ticarət dövriyyəsi 9,5 % azalıb, o cümlədən ixrac 12,5 % azalıb, idxal isə 37,2 % artıb.
Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 102 milyon 876 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 372 min ABŞ dolları, idxalın dəyəri isə 97 milyon 504 min ABŞ dolları təşkil edib.
Son 1 ildə ticarət dövriyyəsi 2,6 % azalıb, o cümlədən ixrac 9,2 dəfə azalıb, idxal isə 73,3% artıb.
7 İyul 2025
7 İyul 2025