Azərbaycan bu ölkə ilə ildə 1 miyard dollarlıq ticarət apara bilər

15:40 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Azərbaycan və Özbəkistan 2030-cü ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq yalnız ticarətlə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür: "Bu istiqamətdə bir sıra addımlar atılır".

Nazir həmçinin deyib ki, ökələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir: "Bu ilin 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb".