The Economist: 3 səbəbə görə İsrail İranı məğlub edə bilməz

17:17 - 20.06.2025


20 iyun, Fineko/abc.az. Britaniyanın The Economist nəşri 19 iyun 2025-ci il tarixli yeni sayında kəskin və ayıq təhlil dərc edir: İranla birbaşa müharibə olacağı təqdirdə İsrail həlledici qələbə qazana bilməyəcək.

ABC.AZ xəbər verir ki, nəşr Tel-Əvivin həssas vəziyyətdə olmasının üç əsas səbəbini açıqlayır.

1.    İranın coğrafi yerləşməsi onun tərəfindədir

İran nə Qəzza zolağı, nə də Livanın cənubudur. Bu, güclü strateji dərinliyi olan nəhəng bir ölkədir. Tehranın hərbi infrastrukturu, istər raket qurğuları, istər də hava hücumundan müdafiə və ya komanda mərkəzləri ölkə bütün ərazisi boyunca səpələnib və bu, nöqtə zərbələri üçün son dərəcə çətin bir hədəfdir. The Economist vurğulayır: belə bir sistemi qısa müddətdə məhv etmək qeyri-mümkündür.

2. Məsafə və logistika problemi

İkinci problem coğrafi uzaqlıqdır. İsrail İranın əsas obyektlərindən minlərlə kilometr uzaqdadır.

Uzunmüddətli hərbi kampaniya aparmaq üçün Tel-Əvivə tranzit bazalar və ya ABŞ-ın aktiv dəstəyi lazımdır. Lakin Amerikanın xarici siyasətinin qeyri-sabitliyi və Ağ Evdəki tərəddüdləri nəzərə alsaq, bu cür dəstək sual altında qalır.

3. Təhdid anında iranlıların milli konsolidasiyası

Daxili iqtisadi və sosial problemlərə baxmayaraq, xarici təzyiq və işğal təhdidi altında olanda İran cəmiyyəti hakimiyyətin ətrafına toplanır.

Böhran anında milli sədaqət mühüm resursa çevrilir ki, buna da Qərb ssenarilərində çox vaxt səhlənkarlıqla yanaşırlar.