Neft bu həftə bahalaşıb

09:45 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri Cümə günü ticarətdə azalmışdı, lakin bu həftənin sonunda artıb.

İyunun 20-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin  avqust fyuçersləri $1,84 (2,33%) – bir barelə $77,01-a,  WTI neftinin  avqust fyuçersləri $1,76 (2,33%) - bir barelə $73,84-a düşüb.

Brent bu həftə 3,75%,  WTI isə 3,58% bahalaşıb.