10:15 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib.
ABC.AZ xəbər verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzininin rəsmi təqdimatı baş tutub.
Nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin Dövlət naziri müşayiət ediblər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov da iştirak edib.
Ziyarət zamanı Azərbaycan nümayəndə heyəti üçün təqdimat keçirilib. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.
7 İyul 2025
7 İyul 2025