10:39 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Bu il xaricdən Azərbaycana gətirilən kərə yağı kəskin bahalaşıb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin ilk 5 ayında xaricdən Azərbayana gətirilən kərə yağının qiyməti artıb – nəticədə ilk dəfə olaraq 5 aylıq yağ idxalı 100 milyon dolları keçərək 110 milyon dollar olub.
Dövdət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 80,5 milyon dollar olan 11 458 ton yağ gətirilib.
Yağın bir kiloqramının idxal gömrük dəyəri 11,94 manat təşkil edib.
Bu ötən illə müqayisədə 35% bahadır.
Belə ki, 2024-cü ilin eyni dövründə xaricdən ölkəyə ümumi dəyəri 51,2 min dollar olan 10 394 ton yağ idxal edilmiş, yağın idxal qiyməti 8,86 manat olmuşdu.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025