Tesla iyulun ortalarında Hindistanda şourumlar açacaq

10:52 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla Hindistanda ilk sərgi salonlarını açmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən yazır.

Gözlənilir ki, Tesla iyulun ortalarında Mumbayda ilk şourumunu açacaq, ondan sonar isə Yeni Delhidə sərgi salonu açacaq. Tesla-nın ən populyar Model Y elektromobillərinin ilk partiyası artıq Hindistana çatdırılıb.

Mənbə məlumatlarına görə, Model Y Hindistanda vergi və sığortadan əvvəl 56.000 dollardan bir qədər çox qiymətə satışa çıxarılacaq. Bununla birlikdə, Tesla, marjası və yerləşdirmə strategiyasına əsasən son qiyməti təyin edəcək. Müqayisə üçün ABŞ-da eyni model 44.990 dollara, vergi güzəştləri nəzərə alınmaqla isə 37.490 dollara satılır.