Azərbaycan Cənubi Koreya ilə sənaye sahəsində əməkdaşlıqda maraqlıdır

11:07 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Azərbaycan Koreya istehsalçılarını Ələt Azad İqtisadi Zonasına (AİZ) cəlb etməkdə maraqlıdır.

ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının imkanlarını və investorlar üçün imtiyazları təqdim etmək məqsədilə Seula səfər etmiş AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov “The Korea Herald” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan yüksək əlavə dəyərə malik ixracyönümlü məhsulların istehsalı üzrə ixtisaslaşmış Koreya istehsalçılarının axtarışındadır.

"Azərbaycan Cənubi Koreya ilə sənaye sahəsində əməkdaşlıqda maraqlıdır və bu ölkənin istehsalçılarını Ələt Azad İqtisadi Zonasına sərmayə qoymağa dəvət edir", - V.Ələsgərov bildirib.