Koreya Azərbaycanın əsas tərəfdaşına çevriləcək - Valeh Ələsgərov

13:59 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Azərbaycanın strateji mövqeyi qonşu regionlarda mövcudluğunu genişləndirməyə çalışan Koreya istehsalçıları üçün böyük üstünlükdür.

ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov “The Korea Herald” nəşrinə müsahibəsində bildirib.

Cənubi Koreya və Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayan AİZ-in sədri sənaye, xüsusilə istehsal sahəsində ikitərəfli əməkdaşlığın kifayət qədər inkişaf etmədiyini diqqətə çatdırıb.

Bununla yanaşı, V.Ələsgərov inkişaf etmiş sənaye potensialına malik olan Koreyanın Azərbaycanın əsas tərəfdaşına çevriləcəyinə ümidvar olduğunu bildirib.