14:31 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon ABŞ dollarından çox məbləğdə olan layihələri maliyyələşdirir.
ABC.AZ Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsində iştirak edir.
Nazirliyin məlumatına görə, 2025-ci ilin əvvəlindən Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət həcmi 40% artıb. Bildirilb ki, bu isə tərəflərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığı addımların səmərəli olduğunu təsdiqləyir.
Qeyd edək ki, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratovun rəhbərlik etdiyi nümayəndə heyəti Hökumətlərarası Komissiyanın növbəti iclasında və regionlararası forumda iştirak etmək üçün Azərbaycana səfər edib.
L.Kudratov, həmçinin Azərbaycanın iri şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı tərəfdaşlığın yeni perspektivli istiqamətləri və birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.
7 İyul 2025
7 İyul 2025