15:07 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Samsung, Google-un həllindən fərqli olaraq genişləndirilmiş funksiyaları olan öz zəlzələ xəbərdarlıq sistemini hazırlayır.
ABC.AZ xəbər verir ki, One UI 8 beta versiyasında, yeraltı təkanlar başlamazdan əvvəl istifadəçiləri xəbərdar edə biləcək bir funksiya aşkar edilib. Bildirişlər bütün ekranda göstərilir və səslə müşayiət olunur.
Əlavə funksiyalar arasında bildirişlərin öncədən göstərilməsi, xəbərdarlıqların tarixçəsi, həssaslıq səviyyəsinin tənzimlənməsi, yaxınlıqdakı sığınacaqların siyahısı və xilasetmə xidmətləri üçün təcili məlumatların əks olunması yer alır. Ehtimal olunur ki, Samsung bu sistemi Google xidmətlərinin əlçatan olmadığı regionlar, məsələn, Çin üçün nəzərdə tutur.
9 İyul 2025
9 İyul 2025
7 İyul 2025
7 İyul 2025