15:49 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, turizmin təşviqi, beynəlxalq investisiya mühitinin yaxşılaşdırılması məqsədilə Xəzər dənizinin ölkəmizə məxsus akvatoriyasında süni torpaq sahələrinin yaradılması, həmin ərazilərdə lisenziyalı kazino oyunlarının təşkil edilməsi günün vacib tələbidir.
ABC.AZ xəbər verir ki, bunu açıqlamasında deputat Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, süni torpaq sahələrində lisenziyalı kazino oyunlarının təşkili iqtisadi potensial və büdcəyə töhfə baxımından böyük əhəmiyyət kəsb edir: "Kazino sektorunun dövlət nəzarəti altında fəaliyyət göstərməsi dövlət büdcəsinə illik 100 milyonlarla manat məbləğində vergi və lisenziya ödənişləri gətirə bilər. Həmçinin yerli sahibkarlığın və turizm infrastrukturunun inkişafına ciddi multiplikativ təsir etməklə, süni torpaqlar üzərində qurulacaq komplekslər ətrafında otelçilik, iaşə, əyləncə, nəqliyyat, tikinti kimi sahələrdə minlərlə iş yeri yaradılmasına təkan verəcək". (Report)
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025