Yaponiyada 256 kubitlik ən güclü kvant kompüteri işə salınıb

15:54 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Fujitsu və RIKEN İnstitutu superkeçirici (söz verilmiş 100 əvəzinə 256 kubitlik) kubitlər əsasında dünyanın ən iri kvant kompüterini təqdim edbilər. 

ABC.AZ xəbər verir ki, yeni sistem, ölçüləri artırmadan kubitlərin yerləşdirilməsinin sıxlığını artırmağa imkan verən unikal klaster və üçölçülü arxitektura üzərində qurulmuşdur.

Layihə, klassik superkompüterləri bir sıra məsələlərdə əvəz edə biləcək, dayanıqlı kvant kompüterinin yaradılması yolunda mühüm addım olub. Sistem artıq bulud üzərindən məhdud sayda istifadəçi üçün əlçatandır, 2026-cı ildə isə 1000 kubitlik platformanın istifadəyə verilməsi gözlənilir.