16:35 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Hindistan ortodoks (bütöv yarpaqlı sənaye üsulu ilə hazırlanmış) çayının İrana tədarükünü dayandırıb, çünki bu dövlətin İsrail ilə qarşıdurması işgüzar əlaqələri pozub.
ABC.AZ xəbər verir ki, bu barədə Asiya çay şirkətinin direktoru Moxit Ağarval iyunun 20-də The Economic Times qəzetinə bildirib.
O izah edib ki, indi İranın “second flush” (ikinci yığım) premium çay növlərini almağa başlamalı olduğu bir dövr başlayıb. Lakin, onun sözlərinə görə, İrandakı ofislərin bağlıdır və Hindistanlı satıcılar İran alıcıları ilə əlaqə qura bilmirlər.
Nəşrin məlumatına görə, Hindistan ixracatçıları artıq İran tərəfi ilə təxminən 1 milyard rupi (12 741 466.72 dollar) dəyərində qeyd olunan çay növlərinin tədarükü haqqında müqavilələr imzalayıblar və indi yalnız gözləmək lazımdır.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025