Ukrayna müttəfiqlərdən ÜDM-in 0,25%-ni silah istehsalına ayırmağı istəyib

16:57 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenski Qərb müttəfiqlərini Ukraynanın silah istehsalını gücləndirmək üçün ÜDM-in 0,25%-ni ayırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna yayda Danimarka, Almaniya, Kanada, Litva, Norveç və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrlə texnologiyaların ötürülməsi və birgə silah istehsalının başlanması barədə müqavilələr imzalamağı planlaşdırır.