16:36 - 23.06.2025
23 iyun, Fineko/abc.az. ABŞ hərbçiləri İranın Fars və Oman körfəzlərini birləşdirən olduqca vacib neft və qaz təchizatı marşrutu olan Hörmüz boğazınının bağlaması halında tədbirlər hazırlayır.
ABC.AZ xəbər verir ki, Pentaqonda dronların hücumlarından, raket zərbələrindən və İranın proksi qüvvələrinin mümkün hərəkətlərindən qorxurlar.
Dünyada ixrac olunan neftin təxminən beşdə biri keçən Hörmüz boğazının bağlanması ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı fəaliyyətini məhdudlaşdıra bilər. Məlumata görə, ABŞ donanması gəmilərin daha az həssas olması üçün onları bölgədə yaymağı planlaşdırır.
ABŞ-ın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hava zərbələrindən sonra İran parlamenti boğazın bağlanması təklifini dəstəkləyib. Son qərarı İranın Milli Təhlükəsizlik Şurası verməlidir.
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025