Geosiyasi gərginliyin azalması fonunda qızıl qiymətləri 1%-dən çox itirir

10:59 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Bu gün, iyunun 24-də Yaxın Şərqdə geosiyasi gərginliyin azalması fonunda qızılın qiyməti 1%-dən çox aşağı düşür.

ABC.AZ xəbər verir ki, Bakı vaxttı ilə saat 8:35-ə olan məlumata görə, qızıl fyuçersləri 1,29%, unsiya başına 3351,3 dollara qədər azalıb. Bloomberg yazır ki, qiymətli metalın qiymətinin aşağı düşməsinə səbəb ABŞ prezidenti Donald Trampın İran və İsrailin tam atəşkəs barədə razılığa gəldikləri barədə açıqlamaları olub.

Geosiyasi gərginliyin artması səbəbindən etibarlı aktivlərə artan tələb bu il qızılın 28% artımının əsas katalizatorlarından biri olub. Külçələr, Tramp tariflərinin iqtisadi təsiri və mərkəzi bankların artan alışları ilə əlaqədar narahatlıqlar səbəbindən də dəstək alıb.