11:32 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Maliyyənin digər sektorları ilə - taksi xidmətindən tutmuş, digər ödənişlərə qədər, - maliyyə platformaları bir-biri ilə yaxınlaşmalıdır, inteqrasiya olunmalıdır.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışında deyib.
Onun sözlərinə görə, digər məsələ, bu sahədə tənzimlənmələrin vacibliyidir.
"Məsələn, kirli pulların yuyulmasından tutmuş ödəniş sistemlərinin müxtəlif sferalarında tənzimləmələr vacibdir" - deyə V.Qasımlı qeyd edib.
O vurğulayıb ki, süni intellekt əsasında fərdiləşmiş yanaşmaya da ciddi ehtiyac vardır: "Bu gün etiraf edək ki, təhsildən tutmuş səhiyyəyə qədər bütün məsələlərdə fərdiləşmiş bir yanaşma var. Bank sektorunda da kredit tarixçəsindən tutmuş digər məsələlərə qədər süni intellekt texnologiyaları tətbiq edilməlidir". "Digər amil "green tech"lə bağlıdır. Bildiyiniz kimi bizimi bank sektoru bu sahədə üzərlərinə 2 milyard manat vəsaitin cəlbi ilə bağlı öhdəlik götürüblər.
Sadaladığım bütün bu trendləri biz platforma biznesinə, banka gətirməliyik", - deyə V. Qasımlı fikrini tamamlayıb.
Məllif: Elmir Murad
9 İyul 2025
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025