12:29 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Biznesin maliyyə əlçatanlığı məsələsi qlobal bir çağırış olaraq qalmaqdadır.
ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") deyib.
Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyasının 2025-ci ilin aprel ayında keçirdiyi KOB Maliyyə Forumunun sənədlərinə əsasən, dünya üzrə KOB-ların qarşılanmamış maliyyə tələbatı 5,7 trilyon ABŞ dollarına çatıb:
“Eyni zamanda Dünya Bankının hesabatına görə, KOB-ların maliyyə boşluğunun aradan qaldırılması orta gəlirli iqtisadiyyatlarda ümumi məhsuldarlığın 86 % artımı ilə nəticələnə bilər. Bu rəqəmlər KOB-ların maliyyə mənbələrinə çıxışında “fintex” alətlərinin tətbiqi məsələlərini daha da aktuallaşdırır. Bu kontekstdə maliyyə xidmətlərinə çıxış imkanının genişləndirilməsi, xüsusilə regionlarda fəaliyyət göstərən KOB-lar üçün dayanıqlı inkişafın əsas şərtlərindən biridir”.
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025