14:29 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Azərbaycanda innovasiya mərkəzi laboratoriyalarının yaradılması ekosistemin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
Onun sözlərinə görə, növbəti strateji dövrdə yenilikçi və innovativ həllərin tətbiqinə daha açıq ekosistemin qurulması üçün ilk növbədə maliyyə ekosistemində innovasiyaların tətbiqinə aparıcı rol oynayacaq, ekosistemin iştirakçıları üçün daha uğurlu layihələrin reallaşdırılmasını təmin edəcək innovasiya mərkəzi laboratoriyalarının formalaşdırılması zəruridir.
"Düşünürük ki, Sinqapur, İtaliya və digər aparıcı ölkələrdə rast gəlinən innovasiya mərkəzi laboratoriyaları daha effektiv layihələrin reallaşdırılmasına dəstək verəcək", - deyə o qeyd edib.
9 İyul 2025
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025