Bu amil fintex maliyyə sistemində fəaliyyəti genişləndirəcək

15:17 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Maliyyə sistemində yeni rəqəmsal dövrün başlanmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") söyləyib.

O qeyd edib ki, bununla əlaqədar qanunvericilik islahatlarının aparılması çox vacibdir.

"Rəqəmsal bankçılıq qanunvericiliyinin formalaşdırılması fintex maliyyə sistemində fəaliyyətin daha da genişlənməsinə əlverişli zəmin yaradacaq. Azərbaycan Mərkəzi Bankının (AMB)) istifadəyə verəcəyi açıq bankçılıqa əsaslanan mərkəzləşdirilmiş infrastruktur açıq maliyyə yanaşmasının daha da dərinləşməsinə və uğurla tətbiqinə imkan verəcək. Məhz açıq maliyyə yanaşması maliyyə ekosistemində hörümçək toru prinsipu əsasında qarşılıqlı inteqrasiyasının dərinləşməsinə, ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını qarşılayaraq xidmətlərinin təqdim edilməsinə təkan verəcək", - deyə Z.Nuriyev vurğulayıb.