Açıq maliyyənin uğurlu tətbiqi üçün qurumlarla toplanılan məlumatlara çıxış olmalıdır

15:29 - 24.06.2025


24 iyun, Fineko/abc.az. Qarşıdakı zamanlarda rəqəmsal transformasiya dövründə istehlakçı ehtiyaclarını qarşılayacaq məhsul xidmətlərin təqdim edilməsi, açıq maliyyə yanaşmasının daha uğurlu tətbiqi üçün məhz dövlət qurumları ilə toplanılan məlumatlara çıxış təmin edilməlidir.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") söyləyib.

Onun sözlərinə görə, ekosistemdə təhlükəsizlik tədbirləri çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri Mərkəzi Bank, aidiyyəti dövlət qurumları və ödəniş xidmətləri təhsilatları arasında sıx koordinasiyanın və məlumatların zamanında bölüşdürülməsini təmin edir.