15:44 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ-ın məlumatına görə, imzalanma mərasimi Bakıda "Fintex Summit 2025" sərgisi çərçivəsində baş tutub.
Memorandumu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın "Kredit-informasiya analitik mərkəzi" Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov, Qırğızıstanın "İşenim" Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.
Memoranduma əsasən, tərəflər kredit hesabatı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslər həyata keçirməyi nəzərdə tuturlar.
Hər iki ölkənin kredit bürolarının daxili siyasət və prosedurlarına uyğun olaraq seminarların, təhsil və təlim proqramlarının təşkili, həmçinin bilik və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
Bundan əlavə, tərəflər iştirakçı təşkilatların tərəfdaş ölkə ərazisində fəaliyyətinin genişləndirilməsi üçün səmərəli kommunikasiya kanalları yaradacaqlar. Həmçinin maliyyə sektorunun inkişafı ilə bağlı digər istiqamətlərdə əməkdaşlıq potensialı öyrəniləcək.
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025