Sentyabrın 27-nə olan hava proqnozu

14:58 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah, sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı  ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22,  Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 767  mm  civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85%, gündüz  60-70% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz  22-27, dağlarda gecə 7-12, gündüz  12-17 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər