Hakerlər Rusiya aviaşirkətinin İT sistemlərinə hücum edib 7000 serveri məhv ediblər

12:18 - 28.07.2025


28 iyul, Fineko/abc.az. “Silent Crow” və "Kiberpartizanlar BY" haker qrupları Rusiyanın "Aeroflot" aviaşirkətinin daxili İT infrastrukturuna hücum etdiklərini bildiriblər.

ABC.AZ xəbər verir ki, onlar, 7000-ə yaxın fiziki və virtual serveri məhv ediblər.

Hakerlər bildiriblər ki, onlar “bütün vacib korporativ sistemləri ələ keçirmək” və o cümlədən rəhbərlik də daxil olmaqla əməkdaşların şəxsi kompüterlərinə nəzarət əldə etmək imkanına malik olublar.

“Aeroflot” bundan qabaq uçuşların ləğvinə və gecikməsinə səbəb olan informasiya sistemində nasazlıq olduğunu bildirmişdi.