Prezident onunla bağlı Sərəncam verdi

14:06 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 2-də Xalq artisti F.Manafovun 70 yaşı tamam olacaq.