2024-cü ildə hotellər (mehmanxana) 694,2 mln. manat gəlir əldə ediblər

11:28 - 14.08.2025


14 avqust, Fineko/abc.az. Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin sayı 859 vahid təşkil edib. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 50 vahid və ya 6,2% çox deməkdir.

ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadən xəbər veri ki,  ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdiyini gəlirlər isə 694,2 milyon manata bərabər olub.

Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 205,3 milyon manat və ya 42% artım deməkdir.

Hesabat dövründə əldə olunmuş gəlirlərdən büdcəyə 38,4 milyon manat vergi ödənişi həyata keçirilib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 5,2 milyon manat və yaxud 17,6% çoxdur.