Bugünədək İKZF xətti ilə verilmiş kreditlərin məbləği açıqlanıb

15:08 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 183 borcalana 3,590 milyard manat kredit verilib.

Bu bardə ABC.AZ  Fonda istinadla xəbər verir.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
7 786 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Fond   2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.