Bu gün Azərbaycanda məktəbəqədər hazırlıq qruplarında dərslər başlandı

11:31 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az.  Azərbaycanda məktəbəqədər hazırlıq qruplarında bu gün dərslər başlamışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumatına əsasən,  iki yarım il müddətinə bölünən qruplarda məşğələlər 31 may tarixində başa çatacaq.

“Qruplarda uşaqlara ətraf mühit bilikləri, dil inkişafı və tədrisə hazırlıq, bədii biliklərin inkişafı, məntiq və riyaziyyat, musiqi, təsviri incəsənət və bədən tərbiyəsi sahəsində biliklər verilir. Dərslər,  həftədə 4 dəfə (hər gün 3 dərs) 30 dəqiqə müddətində,10 dəqiqəlik fasilələrlə  keçirilir”, - məlumatda belə deyilir.

Qeyd edilir ki,  2015-2016-cı tədris ilində qruplara beşyaşlı şagirdlərin 24%-i, 2016-2017-ci ildə - 55%-i, 2017-2018-ci ildə - 65%-i daxil edilmişdir. 2018-2019-cu tədris ilində isə məktəbəqədər yaşda olan uşaqların sayının 75%-ə çatması gözlənilir.

 

Bütün xəbərlər