Hindistandan Azərbaycana gələnlərin sayı 12 min nəfər azalıb

17:27 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Hindistan Pakistan müharibəsi Azərbaycana gələn xarici turistlərin sayına təsirsiz ötüşməyib.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin ilk yarısında ölkəyə turizm məqsədilə gələn turistlərin sayında azalma baş verib.

Azalmanın səbəbi, əsasən Rusiya və Hindistandan gələn turistlərin saynıın azalmasındadır. İlk yarım ilin nəticələrinə görə, xaricdən Azərbaycana turizm məqsədilə 842 min nəfər gəlib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər və ya təqribən 1% azdır. Azalmanın səbəbi Rusiya və Hindistandan gələn turistlərin sayındakı geriləmədir. Belə ki, yanvar-iyun aylarında Rusiyadan Azərbaycana turizm məqsədilə cəmi 240 min nəfər gəlib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 56 min nəfər və ya 19% azalmadır. Hindistandan gələnlərin sayı isə 12 min nfər və ya 9% azalaraq 105 min nəfərə düşüb. Ötən il bu rəqəm 117 min nəfər idi.

Rusiya və Hindistan turistlərinin azalmasının səbəbi, son günlər Rusiya ilə münasibətlərin sürətlə soyuqlaşması, eləcə də qısamüddətli Hindistan-Pakistan savaşında Azərbaycanın Pakistanı dəstəkləməsi olub. Buna cavab olaraq bəzi Hindistan turizm şirkətləri Azərbaycana səyahətləri ləğv edib.

Müəllif: Elmir Murad