“AzerGold”un ixrac gəlirləri 2 dəfədən çox artıb

15:32 - 29.08.2025


29 avqust, Fineko/abc.az. 2025-ci ilin yeddi ayında “AzerGold” QSC 125,1 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

ABC.AZ  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust buraxılışında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 55,1 milyon dollar olub.