15:16 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının və Himayəçilər Şurasının növbədənkənar iclasları keçirilib. İclaslarda təşkilati məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
ABC.AZ quruma istinadla xəbər verir ki, qərarlara əsasən, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı Himayəçilər Şurasının tərkibində yeni təyinatlar olub.
“Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri İsmayılov Niyaz Rövşən oğlu Himayəçilər Şurasının sədr müavini təyin edilib. O, bu vəzifədə hazırda “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Cabbarova Ülviyyə Kərim qızını əvəz edib.
“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinin müavini Rəhmanov Aydın Səməd oğlu da Himayəçilər Şurasının üzvü təyin edilib. O, bu vəzifədə “Xalq Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Nərimanlı Mətanət Alim qızını əvəz edib.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025