“Nestle” korporasiyası buna görə baş direktoru vəzifəsindən çıxardı

10:53 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. İsveçrənin “Nestle” korporasiyası baş direktor Loran Freksi vəzifəsindən azad edib.

ABC.AZ xəbər verir ki, daxili araşdırma nəticəsində məlum olub ki, Loran Freks şirkətin daxili qaydalarını pozaraq birbaşa ona tabe olan əməkdaşı ilə sevgi münasibətində olub.

“Nestle”nin yeni baş direktoru daha əvvəl şirkətin vitse-prezidenti vəzifəsində çalışmış Filip Navratil təyin edilib.